Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Ağstafada subartezian quyularının qazılması ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Ağstafada subartezian quyularının qazılması ilə bağlı Sərəncam imzalayıb

Tarix: 4 Mart 2020 16:54

Prezident İlham Əliyev martın 4-də "Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Ağstafa rayonunun əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.


Etiketlər:  Prezident İlham Əliyev Ağstafada subartezian quyularının qazılması ilə bağlı Sərəncam imzalayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ