Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 16:44
"Qısa müddət sonra məni futbol dünyasında görəcəksiniz. Ancaq baş məşqçi kimi çalışıb-çalışmayacağımı bilmirəm".
Qol.az xəbər verir ki, bu sözləri "BBC Sport" açıqlamasında "Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger deyib.
Fransalı mütəxəssis tezliklə futbola qayıdacağını bildirib: "Komanda çalışdırmağın həsrətində olacağımı düşünürdüm, ancaq vaxt keçdikcə indiki vəziyyət mənə daha xoş gəldi. Futbol mənim sevgimdir. Hansı vəzifə olursa, olsun, geri qayıdacam".
Xatırladaq ki, Venger "Arsenal"da 1996-2018-ci illərdə çalışıb. O, 22 il ərzində londonlulara 3 Premyer Liqa kubokunu qazandırıb.