Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məhəbbət əfsanəsi'' baletinin təqdimat tarixi dəyişdirildi

''Məhəbbət əfsanəsi'' baletinin təqdimat tarixi dəyişdirildi

Tarix: 5 Mart 2020 16:12

Martın 13-ü, 15-i və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək "Məhəbbət əfsanəsi" baletinin təqdimat tarixi dəyişdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tamaşa məşhur rusiyalı baletmeyster Yuri Qriqoroviçin quruluşunda hazırlanır. Koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayındakı tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bununla əlaqədar olaraq Heydər Əliyev Sarayında keçirilməli olan "Məhəbbət əfsanəsi" baletinin 3 günlük təqdimatının tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

Martın 13-ü, 15-i və 16-na alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.

Milli.Az


Etiketlər:  Məhəbbət əfsanəsi baletinin təqdimat tarixi dəyişdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ