Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 16:20
"İranda ötən sutka ərzində 45 möhtəkir saxlanılıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın iqtisadi təhlükəsizlik polisinin rəisi Məhəmməd Rza Moqimi deyib.
M.Moqiminin sözlərinə görə, aparılan yoxlamalar nəticəsində səhiyyə vasitələrini paylayan 44 mərkəzin qanunları pozduğu müəyyənləşib.
Polis rəisi yoxlamalar nəticəsində 2 milyona yaxın səhiyyə vasitəsinin aşkarlandığını deyib.
Qeyd edək ki, İranda yeni koronavirusun yayılması nəticəsində bir sıra səhiyyə vasitələri, o cümlədən maska, əlcək və dezinfeksiya məhlullarının qıtlığı yaranıb.
Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2922 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin öldüyünü və 552 nəfərin sağaldığını təsdiqləyib.