Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 18:36
"Çin hökuməti İrana qarşı sanksiyalar tətbiq edən ölkələri bu tədbirləri dayandırmağa çağırıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib.
O bildirib ki, İran hökuməti və xalqı virusla mübarizə apardığı zaman birtərəfli sanksiyaların davam etməsi vəziyyəti daha da kəskinləşdirəcək:
"Bu, həmçinin humanitar ruha ziddir. Çin epidemiya ilə mübarizədə maneələrin yaranmaması üçün İrana qarşı tətbiq olunan sanksiyaları dayandırmağa çağırır".