Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 19:56
İran və İraq arasında sərhəd gömrükləri dezinfeksiya işlərinə görə, bir həftə müddətinə bağlana bilər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu, İranın Gömrük Administrasiyasının məlumatında öz əksini tapıb.
Məlumata görə, İraqın sərhəd gömrükləri idarəsi İran tərəfinə bunu elan edib və 7 martdan 15 martadək İran-İraq gömrükləri bağlanacaq.
Məlumatda bildirilir ki, İranı Xosrəvi, Sumar, Mehran, Çəzzabə və Şələmçə sərhəd gömrükləri bir həftə fəaliyyət göstərməyəcək.
Məlumatda qeyd olunur ki, İran və İraq sərhəd rəsmiləri arasında sərhədlərin açıq saxlanılması üçün məsləhətləşmələr davam edir. Bununla belə iranlı ixracatçılar ehtiyatlı addım atmalıdırlar.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 3 513 nəfərin yeni koronavirusa yoluxduğunu, 107 nəfərin öldüyünü və 739 nəfərin sağaldığını təsdiqləyib.
Əlavə edək ki, İranda yeni koronavirusun yayılması ilə İranın qonşu ölkələri bu ölkə ilə sərhədlərdə məhdudiyyətlər tətbiq edib.