Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldonun oğlu Instagram-da: 24 saatda 1 milyon təqibçi yığdı

Ronaldonun oğlu Instagram-da: 24 saatda 1 milyon təqibçi yığdı

Tarix: 5 Mart 2020 22:16

"Yuventus"un portuqaliyalı hücumçusu Kristiano Ronaldonun oğlu Kristiano Ronaldo Junior İnstaqram hesabı açıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, məşhur futbolçunun 9 yaşlı oğlu Minicristianoronaldo2010 adlı hesabı ilə cəmi 24 saatda 1 milyon təqibçi toplayıb.

İlk olaraq yeni İnstaqram hesabında dörd fərqli dildə təqdim etdiyi video yayımlayan Ronaldo Junior daha sonra atası və qardaşları ilə olan şəkil paylaşıb. Son olaraq isə o, atasının sevgilisi Corcina Rodriges ilə Milan Moda Həftəsində çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb.

"Yuventus"un U-9 komandasında oynayan Ronaldo Junior hazırda cəmi beş nəfəri izləyir.

Qeyd edək ki, 35 yaşlı Kristiano Ronaldo İnstaQram-da 205 milyon təqibçi ilə ilk pillədə qərarlaşıb.


Etiketlər:  Ronaldonun oğlu Instagram saatda milyon təqibçi yığdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ