Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 09:00
ABŞ Dövlət Katibi Mayk Pompeo martın 6-sı BMT-nin baş katibi Antonio Quterreş ilə görüşəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqusun bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Dövlət katibi Mayk Pompeo 5-8 mart Nyu-Yorka səfər edir. Martın 6-sı Pompeo BMT-nin baş katibi Antonio Quterreş ilə görüşəcək və çoxtərəfli məsələləri müzakirə edəcək. Nyu-Yorkda dövlət katibi həmçinin maliyyə sahəsinin rəhbərləri ilə də görüşəcək".