Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“IDC”: koronavirus qlobal fərdi kompüterlər bazarına təsir edəcək

“IDC”: koronavirus qlobal fərdi kompüterlər bazarına təsir edəcək

Tarix: 7 Mart 2020 08:44

"IDC"nin analitikləri 2020-ci il üzrə qlobal fərdi kompüter (planşetlər daxil olmaqla) satışının həcmi ilə bağlı proqnoza dəyişiklik ediblər. Ötən illə müqayisədə satış həcmi 9% azalaraq 374,2 milyon təşkil edəcək. Uzunmüddətli proqnoz müsbət olaraq qalır: 2024-cü ilədək satış həcmi 377,2 milyonadək yüksələcək ki, bu da ildə 0,2% artıma bərabərdir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2020-ci ildə qeydə alınacaq azalma iki əsas amillə bağlıdır: birincisi, 2019-cu ilin yüksək nəticəsi ilə müqayisə, ikincisi isə "COVID-19" koronavirus epidemiyasına görə kompüterlərin istehsalı və onlara tələbat azalır. 2020-ci ilin birinci rübündə tədarük həcmi 8,2%, ikinci rübdə isə 12,7% azalacaq. İlin ikinci yarısında vəziyyət bir qədər yaxşılaşacaq, amma kompüter bazarında azalma davam edəcək.


Etiketlər:  koronavirus qlobal fərdi kompüterlər bazarına təsir edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ