Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tvitter işçilərini məsafədən işləməyə çağırıb

Tvitter işçilərini məsafədən işləməyə çağırıb

Tarix: 8 Mart 2020 21:48

Tvitter şirkətinin işçilərinə rəhbərlik tərəfindən məsafədən işləmək məsləhət görülüb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin bloqunda məlumat yayılıb.

Buna səbəb olaraq bir neçə ölkədə mövcud olan koronavirus epidemiyası göstərilir.

Məlumatda qeyd olunur ki, Tvitter şirkətinin Yaponiya və Cənubi Koreyadakı əməkdaşları artıq məsafədən işləyib, fəaliyyət göstərəcəklər: "Digər ölkələrdəki işçilər ofisə gələ bilərlər. Hazırda şirkətin bütün müəssisələrində məsafədən iş prosesinin tətbiqi üçün hazırlıq işləri aparılır".

Qeyd edək ki, ötən ilin 31 dekabr tarixində Çin hakimiyyəti tərəfindən Uhan şəhərində kütləvi pnevmaniya xəstəliyinin yayıldığı bildirilmişdi. Bu xəstəliyə rəsmi olaraq Covid-2019 virus adı verildi. Hazırda sözügedən virusa yoluxanların sayı 90 min 717  nəfərə, ölənlərin sayı isə 47 min 871 nəfərə çatıb.


Etiketlər:  Tvitter işçilərini məsafədən işləməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ