Tarix: 9 Mart 2020 16:14
Milli komandamızın və "Oleksandriya"nın üzvü Pavel Paşayev Urayna Premyer Liqasında yubiley oyununa çıxıb.
Qol.az xəbər verir ki, ötən gün 22-ci turda Kiyev “Dinamos”una qarşı görüş (1:3) Paşayevin çempionatda 200-cü matçı olub.
32 yaşlı müdafiəçi “Oleksandriya”da 61, “Krivbass”da 34, “Metallurq”da və “Stal”da 29, “Dnepr”də 24, “Karpatı”da isə 23 çempionat oyununa çıxıb.
Paşayevin komandaları bu 200 oyunun 74-də qələbə qazanıb, 61-də heç-heçə edib, 65-də isə uduzub.