Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem”in səfər, “Valensiya”nın ev sınağı

''Tottenhem”in səfər, “Valensiya”nın ev sınağı

Tarix: 10 Mart 2020 08:04

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başlayacaq.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə 1/4 final mərhələsinin iki iştirakçısı bəlli olacaq.

Valensiyada eyniadlı komanda çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq. "Yarasalar" "Atalanta"dan böyükhesablı məğlubiyyətin əvəzini çıxmalıdır. 

"Tottenhem" isə evdə aldığı yenilgini unutdurmaq üçün Almaniyaya yollanıb. Londonlular 1/4 final iddiasında olan "Leypsiq"i mübarizədən kənarlaşdırmalıdır.

Qeyd edək ki, martın 11-də PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) və "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) matçları keçiriləcək. 1/8 final mərhələsi isə martın 17-18-dəki oyunlarla başa çatacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

00:00. "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. "Mestalya" stadionu
İlk oyun - 1:4

00:00. "Leypsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. "RB Arena"
İlk oyun - 1:0


Etiketlər:  Tottenhemin səfər Valensiyanın sınağı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ