Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nüfuzlu insayder iPhone 12 barəsində yeni məlumatlar verdi

Nüfuzlu insayder iPhone 12 barəsində yeni məlumatlar verdi

Tarix: 10 Mart 2020 21:40

EverythingApplePro ləqəbli məşhur texnobloqqer iPhone 12 barəsində bir çox məlumat təqdim edib. Həmin məlumatları isə texnobloqqer XDA-Developers saytının baş redaktoru Max Weinbach-dan əldə edib. Max Weinbach doğru olan məlumat sızıntıları ilə məşhurdur. Yeni məlumat sızıntısında əsasən iPhone 12 Pro smartfonundan, iOS 14-dən və şirkətin planlarından xəbər verilib. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Apple şirkəti bütün arxa kameraları 64 MP olan iPhone modelinin prototipini hazırlayıb.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, bütün arxa kameraların 64 MP olmasının əsas səbəbi isə böyük məsafəli şəraitdə çəkiliş keyfiyyətinin yüksəldilməsidir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Apple çox güman ki, Google şirkətinin yolu ilə gedəcək. Söhbət, proqram təminatının təkmilləşdirilməsində gedir. Əsasən Smart HDR çəkiliş rejimi nəzərə çarpacaq dərəcədə təkmilləşdiriləcək. Bununla yanaşı bütün kameralar gecə çəkilişi özəlliyini əldə edəcəklər. Ultragenişbucaqlı kamera moduluna gəldikdə isə onun diafraqması f/1.6-ya kimi yüksələcək.

Bunun sayəsində yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotolar əldə etmək mümkün olacaq. Obyektlərin daha yaxın məsafədən çəkilməsi üçün makorejimin əlavə olunacağı gözləninlir. Verilmiş məlumata əsasən iPhone 12 Pro Max modeli 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, iPhone 11 Pro Max modeli 3969 mAh enerji tutumlu batareya ilə təchiz olunnur. Batareya həcminin yüksəldilməsinin əsas səbəbi smartfonun 5G şəbəkəsində uzunmüddət çalışma tələbidir.

Max Weinbach-ın sözlərinə əsasən Apple şirkəti hərəkətli kamera sistemindən istifadə etmək niyyətindədir. Bu halda ön kameralar və Face ID sensorları smartfon gövdəsinin yuxarı hissəsinin daixilinə inteqrasiya olunacaqlar və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Lakin bu cür konstruksiyanı iPhone 2020 modellərində gözləmək lazım deyil. iOS 14-ə gəldikdə isə insayder qeyd edib ki, bu ilki iOS 14 bir növ minor yenilənmə rolunu oynayacaq. Buna görə də onda ciddi yenilik və ya dəyişikliklərin olacağını gözləmək lazım deyil.


Etiketlər:  Nüfuzlu insayder iPhone barəsində yeni məlumatlar verdi


RƏYLƏR