Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 19:58
İspaniyanın "Xetafe" klubu Avropa Liqasının 1/8 final mərhələsinin "İnter"lə oyunu üçün İtaliyaya səfərdən imtina edib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə isan klubunun prezidenti Anxel Torres məlumat verib.
Klub rəhbəri bu addımı İtaliyada koronavirus epidemiyasının yayılması ilə əlaqələndirib. Anxel Torres bildirib ki, vəziyyət düzəlməyəcəyi təqdirdə matça getməyəcəklər: "Pley-offda məğlub olmaq məcburiyyətində qalsaq, uduzacağıq. Heç bir halda sağlamlığımızı təhlükəyə atmayacağıq. UEFA-dan oyunla bağlı xahiş etdik. Koronavirusa görə problem istəmirik. Ən düzgün seçim matçı təxirə salmaqdı".
Qeyd edək ki, "İnter" - "Xetafe" matçı martın 12-də keçirilməlidi. Komandalar arasındakı cavab oyunu martın 19-da olacaq.