Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 13:16
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun birinci günü start götürüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, yarışdan əvvəl Azərbaycan dövlət himni səsləndirilib.
Yarışın ilk günündə kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarda hərəkətlər üzrə təsnifat yarışları baş tutacaq. Qadınlar dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə finalçıları müəyyənləşdirəcək.
Azərbaycanı Dünya kubokunda Murad Ağarzayev, Marina Nekrasova, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Samirə Qəhrəmanova və Cavidan Babayev təmsil edir.
Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli bu Kubok 12-15 mart tarixlərində təşkil ediləcək. Turnirdə 42 ölkədən 158 idmançı iştirak edəcək.
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.