Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Goranboyda birmərtəbəli ev yanıb

Goranboyda birmərtəbəli ev yanıb

Tarix: 12 Mart 2020 16:45

Bakı. Trend:

Goranboy rayonunun Xanqərvənd kəndində ümumi sahəsi 234 m² olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları 60 m² sahədə və iki otağının tavanı 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Goranboyda birmərtəbəli yanıb


RƏYLƏR