Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 20:02
Hazırda Heydər Əliyev prospekti-Hava limanı-Zaqulba avtomagistralı, Buzovna-Şüvəlan və Bilgəh-Pirşağı şoseləri boyunca, eləcə də ətraf ərazilərdə duman müşahidə olunur.
Bu barədə Sonxeber.net-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bunu nəzərə alaraq, Agentlik sürücülərə son dərəcə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edir:
"Xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir. Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik".
Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq Respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.
O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.
Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir.