Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Macarıstan cütlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-da qızıl medal qazanıblar

Macarıstan cütlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-da qızıl medal qazanıblar

Tarix: 26 May 2019 17:08

Bakı. Trend:

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə keçirilə 11-ci Avropa çempionatında böyüklər arasında qarışıq cütlüklər proqramında çıxış edənlər arasında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, birinci yerə Macarıstan cütlüyü (22,300 bal), ikinci yerə Türkiyə idmançılar (21,900 bal), üçüncü yerə isə Rumıniya gimnastları (21,750 bal) çıxıblar.

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final yarışmaları keçirilir. Günün ilk yarısında gənclər arasında qaliblər müəyyən edilib.

Böyük gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step proqramında çıxış edirlər.

Böyüklər arasında Azərbaycan komandası aero dans proqramında qrup şəklində çıxış edəcək.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.


Etiketlər:  Macarıstan cütlüyü Bakıda aerobika gimnastikası üzrə da qızıl medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ