Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 19:08
Zərərli tətbiqlərin bloklanması üçün nəzərdə tutulmuş Google Play Protect sistemi 2.5 milyarddan çox Android cihaza quraşdırılıb. Sözügedən təhlükəsizlik sisteminin səviyyəsini AV-Test şirkəti yoxlayıb. Qeyd etmək lazımdır ki, bu şirkət antivirus tətbiqlərinin qiymətləndirilməsi ilə məşğul olur. Google Play Protect təhlükəsizlik sisteminin test nəticələri isə heç də ürəkaçan olmayıblar. Bu barədə Techradar saytı xəbər verib.
Şirkət tərəfindən aparılmış test çərçivəsində Android smartfonların qorunması üçün nəzərdə tutulmuş Google sistemi 3 üsul ilə yoxlanılıb. Məşhur təhlükəsizlik sisteminin bacarıqlarını yoxlamaq üçün mütəxəssislər 6700 ədəd müxtəlif növ zərərli tətbiqlərdən istifadə ediblər. Play Protect-dən başqa bu testdə həmçinin Avira, Bitdefender, G Data, Kaspersky, NortonLifeLock, SK Telecom və Trend Micro kimi digər antivirus sistemləri də yoxlanılıb. Beləliklə test çərçivəsində Google şirkətinin təhlükəsizlik sistemi nəticə etibarilə mümkün olan 18 xaldan 6 xal toplayıb.
Məlum olub ki, son 24 saat ərzində ortaya çıxmış şübhəli tətbqləri Google Play Protect yalnız 37% ehtimalda aşkar edə bilib. Sistemdə 4 həftədən çox olan zərərli tətbiqlər isə 33% ehtimalda aşkar olunublar. Bununla yanaşı Google Play Protect tərəfindən 30 yanlış aşkarlanma da müşahidə edilib. Testdə iştirak etmiş digər antivirus sistemləri 100% effektivlik nəticəsi sərgiləyiblər. Beləliklə mütəxəssislər Android istifadəçilərinə təkcə Google Play Protect-ə güvənməməyi və digər keyfiyyətli antivirus sistemlərindən istifadəni məsləhət görüblər.