Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 22:36
NASA-da Ay və Marsa səyahət üçün astronavt axtarılır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, NASA-nın rəsmi vakansiya elanında işə qəbul ediləcək astronavtların illik məvaciblərinin 105 -162 min dollar arsında dəyişəcəyi yazılıb. Şirkət rəsmiləri Ay və Marsa səyahətin yaxın 15 il ərzində keçirləcəyini bildiriblər. İşə qəbul üçün müraciət tarixi isə martın 2-dən 31-dək davam edəcək. İşə qəbul edilənlərin Ay və Marsdakı əməliyyatlarda iştirak edəcəkləri bildirilib.
NASA astronavtları işə qəbul edərkərkən 16 sualdan ibarət test vasitəsilə imtahan edəcək. Testlər fizika, NASA barəsində ümumi bilgi, psixologiya ilə bağlı olacaq.
Xatırladaq ki, sonuncu dəfə 2015-ci ildə astronavt təhsili üçün elan verən NASA qeydiyyatdan keçən 18 300 şəxsdən 12-ni qəbul etsə də, onlardan cəmi 11-i bu il məzun ola bilib.