Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 08:38
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Məlumatda deyilir: "ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur".