Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 20:15
Yüksək yağ, piy tərkibli qidalar yeyən kişilərdə prostat vəz xərçəngi riski çox olur.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu Makqill Universitenin alimləri sübut ediblər. 319 nəfərin xərçəng genləri və qida rasionu araşdırılıb.
Məlum olub ki, prostat xərçəngi xəstəliyindən ölüm doymuş yağlarla qidalanan kişilərdə 4 dəfə daha çoxdur.
Daha dəqiq araşdırma nəticəsində məlum olub ki, qidada doymuş turşuların çox olması hüceyrələri xərçəngin inkişafına proqramlaşdırır. Bu da xərçəngin yayılması və ölümü sürətləndirir.
Əgər rasionda bu yağların payınızı azaltsalar, xərçəngin erkən mərhələdə inkişafının qarşısını alıb, metastazları əngəlləyə və ömrü uzatmaq olar.