Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP-ın Albaniya və İtaliya hissələri yaxın zamanda Azərbaycan qazı ilə doldurulacaq

TAP-ın Albaniya və İtaliya hissələri yaxın zamanda Azərbaycan qazı ilə doldurulacaq

Tarix: 16 Mart 2020 07:00

Bakı. Ləman Zeynalova - Trend:

Transadriatik Boru Kəmərinin (TAP) Albaniya və İtaliya hissələri yaxın həftələrdə qaz ilə doldurulacaq.

Bunu Trend-ə TAP-ın xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

V.Veysəlov bildirib: "2019-cu ilin noyabr ayının sonunda qaz kəmərinin birinci hissəsi istismara verildikdən sonra onun Yunanıstan hissəsinin qazla doldurulması davam edir. Hazırda Yunanıstan hissəsinin 275 kilometrdən və ya 50 faizdən artıq hissəsi qazla doldurulub. Önümüzdəki həftələrdə və aylarda əvvəlcə Albaniya, daha sonra İtaliya bölməsi qazla doldurulacaq".

O qeyd edib ki, TAP vasitəsilə ilk qaz nəqlini 2020-ci ildə həyata keçirmək üçün istismar mərhələsi vaxtında başa çatdırılmalıdır.

TAP-da güclərin saxlanılması üçün market-testdən danışan V.Veysəlov bildirib ki, proses plan üzrə gedir:

"2020-ci ilin yanvar ayının 20-si əlavə güc üzrə "Snam Rete Gas" və "DESFA" ilə birgə təklif layihəsi dərc edildikdən sonra Yunanıstan, İtaliya və Albaniyanın milli tənzimləmə orqanları tərəfindən bəyənilən Transadriatik Boru Kəmərinin market-testinin keçirilməsi Qaydalarına uyğun olaraq TAP market-testin növbəti mərhələlərinə başlamaq niyyətindədir".

Qeyd edək ki, 4,5 milyard avro dəyəri olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir.

TAP-ın ilkin ötürücülük qabiliyyəti iki qat artırma imkanı ilə ildə 10 milyard kubmetr olacaq.

Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.

TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%) Enagaz(16) və Axpo (5%) şirkətləridir.


Etiketlər:  Albaniya İtaliya hissələri yaxın zamanda Azərbaycan qazı ilə doldurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ