Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekologiyanın çirklənməsinə qarşı təbii həll - plastik yeyən tırtıllar

Ekologiyanın çirklənməsinə qarşı təbii həll - plastik yeyən tırtıllar

Tarix: 17 Mart 2020 08:24

Plastik yeyən bir tırtıl növü, ətraf mühitin çirkliliyinin əhəmiyyətli problemlərindən olan plastik tullantıya qarşı mübarizədə əsas rol oynaya bilər. Tırtıllar üzərində aparılan araşdırmalarda kiçik diametrdə də olsa əhəmiyyətli nəticələr əldə edildi.

Bal mumu güvəsi və ya pətək güvəsi olaraq tanınan Galleria mellonella fenomeninin sürfələri, geniş şəkildə istifadə etdiyimiz və təbiətdə çətin həll olunan plastiki, polietileni yeyərək, ətraf mühit probleminə əhəmiyyətli həll gətirə bilər.

Araşdırmaçılar, 2017-ci ildə Galleria mellonella sürfələrinin içində olduğu plastik torbaları yediklərini kəşf etdi. Daha sonra tırtılları laboratoriyada polietilen üzərində yerləşdirdilər və plastik üzərindəki təsirlərini müşahidə etdilər. Nəticələr 100 tırtılın 12 saatlıq bir müddət ərzində 92 milliqram vəsait istehlak etdiyini göstərdi.

Plastivorlar olaraq da adlandırılan bu tırtıllar, plastiki həzm edərək enerjiyə çevirir. Bal mumu, çox müxtəlif lipid mürəkkəblərin qarışığından əmələ gəldiyi üçün tırtıllar, plastiki parçalama qabiliyyətinə də adaptasiya oldular. Çünki bal mumundakı mürəkkəblərin bəziləri kimyəvi strukturları ilə polietilənə bənzəyir.

Tırtılların istehlak etdiyi miqdar çox böyük olmasa da, araşdırmaçılar, bir həll olaraq analiz edilə biləcəyinə və hazırlana biləcəyinə inanır. Nəticələr Current Biology jurnalında nəşr olundu.


Etiketlər:  Ekologiyanın çirklənməsinə qarşı təbii həll plastik yeyən tırtıllar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ