Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusu niyə qadınlardan çox kişilərə yoluxur?

Koronavirusu niyə qadınlardan çox kişilərə yoluxur?

Tarix: 17 Mart 2020 21:57

Çində ortaya çıxıb yayılan ölümcül koronavirusu kişi və qadınlara haradasa bərabər dərəcədə yoluxdu, ancaq kişilərdəki ölüm nisbəti daha çoxdur. Alimlər, bunun bioloji və həyat tərzinə bağlı səbəblərdən qaynaqladığını düşünür.

Çin Xalq Respublikasının Vuhan şəhərində ortaya çıxıb yayılan və bu ana qədər 2.248 adamın ölümünə səbəb olan ölümcül koronavirusu ilə əlaqədar araşdırmalar davam edir. Statistika koronavirusunun orta yaş və yaşlı insanlarda, xüsusilə də kişilərdə, ölüm faktoru yaratdığını göstərir.

Çin Xəstəlik İdarə və Tədbir Mərkəzi, koronavirusu ilə əlaqədar analizləri nəşr etdi. Statistikaya görə kişilər və qadınların yoluxma sayı bir-birinə yaxındır, lakin virusa görə kişilərdəki ölüm nisbəti 2,8%, qadınlardakı ölüm nisbəti isə 1,7%-dir. Daha əvvəl yaşanan SARSIT və MERS epidemiyalarında da kişilər, qadınlara görə nisbətsiz bir formada təsirlənmişdi.

2003-cü ildə SARSIT epidemiyasında Honkonqda virusa yoluxmuş qadınların sayı kişilərdən çox olmasına baxmayaraq kişilərdəki ölüm nisbəti 50% daha çox idi. MERS də isə, kişilərin 32% ölərkən, qadınlarda bu nisbət 25,8% idi. 1918-ci ildə qrip epidemiyası əsnasında da yetkin kişilər arasındakı ölüm nisbəti, qadınlara görə daha çox idi.

Elm insanlarına görə son epidemiyadan kişilərin daha çox təsirlənməsinin müxtəlif səbəbləri ola bilər. Bunlar arasında bioloji faktorlarla yanaşı həyat tərzi fərqlilikləri də var. İnfeksiyalara qarşı kişilərin daha zəif olduqları ifadə edilir. Ölümcül infeksiyalar və peyvənd reaksiyaları mövzusunda mütəxəssis olan Klein, virus qaynaqlı tənəffüs yolları infeksiyalarında bu qəlibin işlədiyini söyləyir və kişilərin daha pis nəticələrlə üzləşdiyini vurğulayır. Klein, digər viruslarda da bənzər bir vəziyyət yaşandığını və qadınların bunlarla daha yaxşı mübarizə apardığını ifadə edir.


Etiketlər:  Koronavirusu niyə qadınlardan çox kişilərə yoluxur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ