Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada koronavirusa yoluxanların sayı bir gün ərzində 36 faiz artıb

Almaniyada koronavirusa yoluxanların sayı bir gün ərzində 36 faiz artıb

Tarix: 19 Mart 2020 04:48

Bakı. Trend:

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 36 faiz artıb.

Trend-in "Focus"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 12300 nəfərə çatıb. Ötən gün 9036 nəfərin koronavirusa yoluxduğu deyilirdi.

Bildirilir ki, yoluxanlardan 31 nəfəri dünyasını dəyişib, 105 nəfər isə sağalıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.


Etiketlər:  Almaniyada koronavirusa yoluxanların sayı gün ərzində faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ