Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 13:51
Sosial şəbəkələrdə yayılan "Süd və süd məhsullarından uzaq durun" videosu ilə böyük səs-küy yaradan türkiyəli həkim Murad Kınıkoğlu hesab edir ki, xəstəliklərin bir çoxu süd və ətin təsiri nəticəsində meydana gəlir.
Sonxeber.net xəbər verir ki, mütəxəssis pendir və ət haqqında şok açıqlamalar verib. O, pendirin mənfi təsirlərini belə izah edib:
"10 ildir ki, süd və heyvansal qidaların zərərlərindən danışıram. Türkiyədə orta yaş səviyyəsi 76-dır. Pendir yeyən insan səhəri gün hər hansı xəstəliyə yoluxmur. Əgər ömrünün son 10 ilini xəstəliklərlə keçirməyə razıdırsa, insanlar pendir, qatıq və ya ət yeyə bilər. Səhər yeməyində bir-iki dilim pendir, yumurta, naharda ət məhsullarına üstünlük verən insanların 40-50 yaşına çatanda yüksək qan təzyiqi, diabet, ürək-damar problemləri ilə üzləşdiklərini görürük. İnsanlar bu gedişata razıdırsa, pendir yeyə bilər.
70 yaşında da sağlam olmaq istəyən bir insana ilk növbədə pendir yeməməyi tövsiyə edirəm. Süddəki ən çox bəyənmədiyimiz şeylərdən biri də estrogendir. Bizim dövrümüzdə inəklərdən ilin 300 günü süd sağılır, lakin normalda belə olmamalıdır. Heyvanların sağım müddəti uzadılıb, odur ki, süd daha hormonludur. Hormonlar süd və ya süd məhsullarından insanlara keçir. Bu da qadınların mayalanma prosesinə mənfi təsir göstərir, kişilərdə isə ereksiyaya gətirib çıxarır. Araşdırmalar göstərir ki, uşaqlıq çağında çox süd içən kişilərdə sperma sayı aşağı düşür, qızlarda isə menstruasiya sürətlənir.
Pendirdən D vitamini almaq üçün 5 dolça süd içmək lazımdır ki, bu da azdır. D vitamininin mənbəyi günəşdir. Süddə kalsium var, amma o qədər də faydalı deyil. Amerika dünyada ən çox süd istehsal edən və istehlak edən ölkədir. Amma sümük sınığına da daha çox orada rast gəlinir. Süddəki kalsium turşudur və sümüklərdən kalsiumun sovrularaq sidik yolu ilə atılmasına səbəb olur. O, sümükləri möhkəmləndirmir. Eyni kateqoriyaya qatığı da qoya bilərik. Süd və süd məhsulları satan şirkətlər həmişə məhsullarının reklam məqsədləri üçün faydalı olduğunu söyləyir. Bütün mineralların mənbəyi torpaqdır. Heç bir heyvan mineralları özü istehsal edə bilməz. Torpaqdan ota, otdan isə inəyə keçir. Fındıq və bütün göyərti məhsulları isə kalsium mənbəyidir". (publika.az)