Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5G xərçəng yaradır? – Alimlər açıqladılar

5G xərçəng yaradır? – Alimlər açıqladılar

Tarix: 21 Mart 2020 09:56

4G texnologiyasının yerini almaqda olan 5G-nin çox zərərli olması ilə bağlı yetərincə teorem var.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, aparılan araşdırmalar bunun əksini göstərir. Yeni nəsil şəbəkə texnologiyası olan 5G-nin sağlamlığa zərərlərini test edən Internation Commission on Non-Ionizing Radiation Protection (ICNIRP) nəticələri açıqlayıb.

Test nəticələrinə görə, 5G-nin insan səhhətinə təsiri 4G-dən fərqli deyil. Sözügedən texnologiyanın istifadə etdiyi radio dalğalarının orqanizmə zərərli radiasiya yaymadığı bəlli olub.

Bütün bunları elmi şəkildə məxsusi şəritdə test edən araşdırmaçılar narahatlığa səbəb olmadığını vurğulayıblar. Yenə də bu kimi texnologiyaların uzunmüddətli istifadəsinin sağlamlığa bəzi zərərlərinin olduğunu da etiraf etmək lazımdır. Ancaq "5G öldürür", yaxud "5G xərçəng yaradır" kimi yanaşmalar kökündən yanlışdır.


Etiketlər:  xərçəng yaradır Alimlər açıqladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ