Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 19:42
Bu pəhrizi tərəvəz mövsümündə, ay ərzində həftədə iki dəfə saxlamaq məsləhət görülür.
Səhər yeməyi: 1stəkan qatıq və ya 1 çay qaşığı bal qatılmış 1 stəkan ilıq su.
İkinci səhər yeməyi: (saat 10.00) 1 stəkan meyvə şirəsi və ya meyvə və ya tərəvəzlər
Nahar: təzə tərəvəzlərdən yaşıl salat (qöy soğan, sarımsaq, qırmızı turp, xiyar, cəfəri, şüyüd, ispanaq, kələm və s.) və 1 stəkan meyvə şirəsi.
Şam yeməyi: 1 xörək qaşığı yulaf yarması (herkiles) 3 xörək qaşığı ilıq suda 12 saat islatmaya qoyulur. Süfrəyə verməzdən əvvəl 1 xörək qaşığı bal, yarımstəkan şirə və ya 1 limonun suyu əlavə edilir, yaxşıca qarışdırılır, 200 qrama yaxın alma və ya başqa meyvələr sürtkəcdən keçirilir, yulaf sıyığının üzərinə qoyulur. Üzərinə 1 xörək qaşığı xırdalanmış qoz, badam və ya yerfındığı səpilir.