Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 06:24
Bakı. Trend:
ABŞ Əfqanıstana yeni növ koronavirusun yayılmasına qarşı mübarizəyə 15 milyon dollar vəsait ayıracaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Dövlət departamenti bildirib.
"Amerikanın əfqan xalqına kömək etmək əzmində olduğunu nümayiş etdirmək üçün ABŞ, koronavirusun bu ölkə ərazisində yayılmasına qarşı mübarizəyə 15 milyon dollar ayıracaq", - sənəddə bildirilir. Dövlət Departamentində Vaşinqtonun Əfqanıstan prezidenti Əşrəf Qani və Baş nazir, prezidentliyə namizəd Abdulla Abdullanın "inklüziv hökumət"in yaradılması ilə bağlı aparılan uğursuz danışıqlardan sonra ölkəyə maliyyə yardımının azaldılmasına baxmayaraq, bu addımı atacağını vurğulayıblar.
Xatırladaq ki, ABŞ Dövlət katibi Maykl Pompeo martın 23-də Əfqanıstana elan olunmamış səfərə edib. Məlumata görə, Pompeonun səfərinin məqsədi Əfqanıstan hökuməti və radikal Taliban hərəkatı arasında əsirlərin mübadiləsi ilə bağlı danışıqlara kömək etməkdir.