Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 10:20
Dortmund "Borussiya"sının futbolçuları koronavirus pandemiyasına görə Bundesliqa dayandırıldığı üçün maaşlarının 20 faizindən imtina ediblər.
Qol.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilib ki, bu addım klubun 850 əməkdaşını işdə saxlamağa kömək edəcək.
Qeyde edək ki, "Borussiya" 25 turdan sonra 51 xalla ölkə çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.