Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 18:48
Bakı. Trend:
Kürdəmir rayonunun Ərəb Qubalı kəndində ümumi sahəsi 3200 m² olan fəaliyyət göstərməyən fermanın dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.