Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 08:04
"Quançjou Everqrand" klubunun baş məşqçisi Fabio Kannavaro ölkəsinə yardım etmək qərarına gəlib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 46 yaşlı mütəxəssisi bu addımı atmağa koronavirus pandemiyasının ölkəsində yaratdığı vəziyyət vadar edib.
Kannavaro yaşadığı Çindən doğulduğu Neapol şəhərinə 30 min ədəd maska və respirator göndərib. İtaliya millisinin sabiq kapitanı bununla kifayətlənməyəcəyini, yardımını davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, bu günə qədər İtaliyada 6820 nəfər koronavirus xəstəliyindən ölüb.