Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfeksiya epidemiyaları zamanı xiyar yeməyin müsbət tərəfləri açıqlandı

İnfeksiya epidemiyaları zamanı xiyar yeməyin müsbət tərəfləri açıqlandı

Tarix: 26 Mart 2020 08:45

Əsasən yay aylarında qida rasionumuzun ayrılmaz hissəsi olan xiyar infeksiya epidemiyaları zamanı insan orqanizminə müsbət təsir göstərə bilər.

"Food.news" xəbər verir ki, xiyarda olan güclü antioksidantlar bədəni immun sistemini zəiflədən təhlükəli azad radikallardan qorumağa kömək edir.

Buna görə də, soyuqdəymə, qrip, koronaivrus kimi xəstəliklər zamanı xiyar yemək orqanizmin xəstəliklərə qarşı dayanıqlılığını artıra bilər.

Bundan əlavə, xiyarın sidikqovma xüsusiyyətləri bədənin toksinlərdən azad edilməsinə də imkan yaradır.

Xiyarda olan kukurbitasinlər bu tərəvəzə acı tam bəxş edir. Məhz bu birləşmələr metabolizmi və qanda şəkər səviyyəsini tənzimləyə bilir.

Xiyarın digər komponenti olan sterollar isə orqanizmdə xolesterin səviyyəsini azaldır.


Etiketlər:  İnfeksiya epidemiyaları zamanı xiyar yeməyin müsbət tərəfləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ