Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada yaşayan məşhur azərbaycanlı həkimdən koronavirusla bağlı ÖNƏMLİ FAKTLAR

Rusiyada yaşayan məşhur azərbaycanlı həkimdən koronavirusla bağlı ÖNƏMLİ FAKTLAR

Tarix: 26 Mart 2020 19:03

Koronavirus infeksiyasının profilaktikasi, diaqnostikası və müalicəsi
ALQORİTM

Koronavirus infeksiyasının müzakirəsinə başlamazdan əvvəl onun tərətdiyi fəsadların bəzi statistik göstəriciləri ilə tanış olaq.
25 mart tarixinin məlumatlarına görə, dünyada koronavirusa yoluxanların sayı 425 323 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı ölənlərin sayının 18 944 nəfər olduğunu bildirir. 109 245 nəfər isə bu xəstəlikdən sağala bilib.

Ən çox bu ölkələrdə yayılıb:
Çin 81 250 nəfər
İtaliya 69 176 nəfər
ABŞ 54 935 nəfər
İspaniya 42 058 nəfər
Almaniya 33 593 nəfər
İran 24 811 nəfər
Fransa 22 304 nəfər

Digər ölkələrdə isə yayılma 1-10 min nəfər arasında dəyişir.

Ölənlərin faiz nisbətində birinci yerdə İtaliya durur. 6 820 nəfər. Çində 3 281, İspaniyada 2 991, İranda 1 934 nəfər həyatını itirib.

Koronavirus nədir?

Koronavirus böyük bir viruslar ailəsinə mənsubdur. 40-a yaxın növü var. Bu virusa həm insanlar, həm də heyvanlar yoluxur. Görünüşcə şar formasındadır. Ətrafları kələ-kötür, "tikanlı" çıxıntılarla əhatələnib. Batmaqda olan Günəşin yaratdığı tac formasına bənzədiyi üçün ona koronavirus adı verilib. Yəni tacabənzər virus.

İlk dəfə 1965-ci ildə kəskin respirator virus infeksiyasi olan xəstədə aşkarlanıb. XX əsrin sonlarına qədər koronavirus yuxarı tənəffüs yollarını zədələyən, kəskin respirator xəstəliklərin törədicisi kimi tanınıb. Heç vaxt təhlükəli infeksiyalar qrupuna aid olmayıb. Ancaq 2003-cü ildə koronavirusun başqa bir növü - 33 ölkədə yayılan, təxminən 8 098 nəfərin yoluxmasına, 858 nəfərin ölümünə səbəb olan SARS_CoV. aşkar edildi. Bu atipik pnevmoniyaya səbəb olan, şiddətli kəskin respirator sindromu yaradan virus növüdür.

Həmin dövrdə Yaxın Şərqdə respirator sindromuna səbəb olan başqa bir növü ilə ortaya çıxdı. Səudiyyə Ərəbistanında və İordaniyada geniş yayıldı. 2 494 nəfər yoluxdu, 744 həyatını itirdi.

2019-cu ildə isə Çinin Uhan şəhərində koronavirusun yeni növü qeydə alındı. Ona "CoV 2019" və ya "COVİD 19" adı verildi.
Bu koronavirus ribonuklein turşulu tərkibli (RNK) bir zəncirli, betakoronaviruslar ailəsinə aiddir.

Sereloji analizə görə, 3 növü ayırd edilir:
A) Alfakoronavirus
B) Betakoronabirus
C) Qammakoronavirus
Bu virusların daşıyıcısı əsasən yarasalardır.
Hazırda isə infeksiya mənbəyi xəstə insanlar və inkubasiya dövründə olanlardır.

İnfeksiya əsasən
1) Hava-damcı (öskürək, asqırma, danışıq)
2) Hava-toz
3) Təmas yolu ilə yayılır.

İnfeksiyanın yoluxma faktorunun formalaşmasında hava, qida məhsulları, adi əşyalar rol oynayır.

Hansı hallarda koronavirusa yoluxma ilə bağlı şübhə yaranır?

1) Kəskin respirator infeksiyanın əlamətləri, bronxit, pnevmoniya şübhəsi olarsa və həmin şəxslərdə epidemiloji anamnez uyğun gələrsə.
2) Son 14 gün ərzində həmin ölkələrdən gələn insanlarla təmasda olarsa.
3) Laborator koronavirus təsdiq edilmiş adamla təmasda olarsa.

Yoluxma şübhəsi olan xəstələrin müayinə alqoritmi

1) Anamnez, epidemioloji anamnez
2) Fiziki müayinə (Yuxarı tənəffüs yollarının selikli qişasının vəziyyəti, auskultasiya, pekkusiya, lümfa düyünlərinin müayinəsi, termometriya, pulsoksimetriya)
3. Laborator müayinə (Qanın ümumi və biokimyəvi analizi)
4) Polimer zəncir reaksiyaları, RNT SARS CoV2 təyin edilməsi.
5) Döş qəfəsi orqanlarının rentgeoqrafiyası
6) Kompüter Tomoqrafiya
7) EKR

Xəstələrin təxminən 30 faizə yaxınında hipoksemiya (SpO2 88) olur.

Koronavirus infeksiyası 3 mərhələli olur: Yüngül, orta və ağır.

İnkubasiya dövrü 2-14 gündür.

Əsas simptomları:

1) Hipertermiya 90 faiz hallarda.
2) Öskürək (quru və yaş) 80 faiz hallarda.
3) Tənginəfəslik 55 faiz hallarda.
4) Mialgiya və yorğunluq 44 faiz hallarda.
5) Döş nahiyəsində ağrı və ağırlıq hissi 20 faiz hallarda.

Bundan başqa, xəstələrdə huşun pozulması 9%, baş ağrıları 8%, qanhayxırma 5%, ürəkbulanma və qusma 10% hallarda rəst gəlinir.
Ən son məlumatlara görə, xəstələrin çox hissəsində iy və dad hissiyatı da pozulur. Bunu italiyalı həkimlər müşahidə ediblər.

MÜALİCƏSİ

1) Başqa əks göstəriş yoxdursa, çoxlu maye qəbul edilməlidir.
2) Enterosorbentlərdən istfadə etmək olar.
3) Hipertermiyalar zamanı - antipiretik müalicə ("Paracetamol" 500-1000 mq gündə 3-4 dəfə, cəmi 4 gün).
4) Rinit və rinofaringitin kompleks müalicəsi.
5) Mukolitik və bronxolitiklər.

Xəstəliyin ağır formasında antibiotik ve virus əleyhinə dərmanlardan istifadə etmək lazımdır. Müalicə hökmən xəstəxanada və həkim nəzarəti altında aparılmalıdır.
Antibiotiklərdən ("Amoxicillin") və respirator ftorxinololardan ("Levofloxacin", "Moxifloxacin", "Cefalosporin" 3-4-cü nəsil, "Carbapenem", "Lenezolid") istifadə etmək olar.
Müalicə effekt vermirsə, xəstədə stafilokok infeksiyasının olması sübut olunubsa, "Vankomicin" və "Linezolid"dən istifadə olunur.

Koronavirusun spesfik müalicəsi yoxdur. Sübut olunub ki, QİÇS-in müalicəsində istifadə olunan dərmanlar bu xəstəliklə mübarizədə də effekt verir.

Burda 2 və 3 komponentli müalicə taktikası var. Bu müalicə prosesi də mütləq və mütləq xəstəxana şəraitində, həkim nəzarətində aparılmalıdır.

PROFİLAKTIKA

1) Ən birinci yerdə şəxsi gigiyina qaydalarına əməl etmək durur.
a) Sabunlu suyla əllər ən azı 20-30 saniyə yuyulmalıdır.
b) Yuyulmamış əllərlə gözə, ağıza, buruna toxunmaq olmaz.
v) Asqırısınızsa, burun və ağzınıza tutduğunuz dəsmal və ya salfet atılmalıdır.
q) Çox istifadə etdiyiniz əşyalar tez-tez dezinfeksiya edilməlidir.
2) Əhalinin çox olduğu yerlərdən uzaq durmaq lazımdır.
3) İnsanlarla aranızdakı məsafənin 1-1,5 metrdən çox olmasına çalışmaq lazımdır.
4) Tibbi maskalardan doğru istifadə edilməlidir.
5) Əllər tez-tüz yuyulmalı və spirtli mehlullarla dezinfeksiya olunmalıdır.
6) Evdə otaqların havası tez-tez dəyişdirilməlidir.
7) Termiki təsirə məruz qalan yeməklərdən və qaynadılmış sudan istifadə məsləhət görülür.
Sübut olunub ki, virus düşdüyü əşyalar üzərində 4 günə qədər qala bilir. Yüksək temperatorun (+40 dərəcə) təsirindən məhv olur. Virus ən çox +5-8,6 dərəcədə inkişaf edir.
8) Bəzi məlumatlara görə koronavirus oksigen tərkibli məhlulların təsirindən də məhv olur. Deməli, "perekis"dən də istifadə etmək olar.

Kamil Nəzərov, həkim-anestezioloq

Milli.Az


Etiketlər:  Rusiyada yaşayan məşhur azərbaycanlı həkimdən koronavirusla bağlı ÖNƏMLİ FAKTLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ