Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tailandda turistlər marixuana tərkibli məhsullar əldə edə biləcək

Tailandda turistlər marixuana tərkibli məhsullar əldə edə biləcək

Tarix: 29 May 2019 11:00

Bakı. Trend:

Tailandın Nazirlər Kabineti ölkədə marixuananın tibbdə istifadəsi ilə əlaqədar yeni qərar qəbul edib.

Trend-in məlumatına görə, qərara əsasən tərkibində marixuana olan ənənəvi dərman vasitələrinin formulunun təsdiq edilməsindən gedir.

Yeni qərara əsasən ölkənin Səhiyyə Nazirliyinin nəzarəti altında kannabisinin tibbi, elmi, eləcə də narkotik vasitələrin tədqiqi məqsədilə istifadəsi mümkün olacaq.

Bundan başqa, marixuanadan olan məhsullar həmin məqsədlər üçün də ixrac oluna bilər. Eləcə də ölkədə səfərdə olan turistlər tərəfindən əldə oluna bilər.


Etiketlər:  Tailandda turistlər marixuana tərkibli məhsullar əldə edə biləcək


RƏYLƏR