Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Tarix: 27 Mart 2020 22:42

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.

Milli.Az xəbər verir ki, o, əməkhaqqının bir qismini Naxçıvan Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib.

Teleaparıcı bu barədə "İnstagram" səhifəsində özü məlumat verib.

"Naxçıvan. 16 yaşım vardı ora gedəndə. Qarabağda vəziyyət gərgin, ailəmin başına nə müsibətlər gəldiyindən xəbərsiz düz bir il orada qaldım. Ailəmdən uzaq olsam da, Naxçıvan camaatının sevgisiylə əhatə olundum. Naxçıvanın o çətin günlərində bir tikələrini belə bölüb mənə verən onlarla insan tanıdım. Mən doğulduğum yurdu itirmişəm, oranın həsrətiylə yaşayıram və o həsrəti az da olsa unutmaq istəyəndə Naxçıvana gedirəm. Sahib olduqlarımı məhz Naxçıvana borcluyam. Təhsilim Ümummilli Liderimizin sayəsində oldu. Bu gün ona sonsuz minnətdaram. Güclü, mübariz olmağı mənə Naxçıvanda keçirdiyim o günlər öyrətdi. Həyatda nə olur olsun unutmadığım mənə edilən yaxşılıqdır. Artıq Naxçıvanda da Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Mənim borcumdur ki, o günlərdə mənə qucaq açan, sevgiylə əhatə edən Naxçıvana, bu fonda imkanım daxilində yardım edim. Və bunu etməyə qərar verdim. Əməkhaqqımın bir hissəsini bu fonda köçürəcəyəm. Biz birlikdə güclüyük,unutmayaq",- deyə Hidayətqızı qeyd edib.

Xatırladaq ki, bir sıra sənət adamları və ictimai xadimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər.

Milli.Az


Etiketlər:  Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırdı


RƏYLƏR