Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Tarix: 28 Mart 2020 17:57

Bakı. Trend:

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu.

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-si saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri B.Nağızadə, C.Rəhimli, E.Qəhrəmanlı və M.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün eyni saatda daha bir köşkdən tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Araşdırma aparılır.


Etiketlər:  Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ