Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi Redmi K20 Pro” smartfonu təqdim edilib

“Xiaomi Redmi K20 Pro” smartfonu təqdim edilib

Tarix: 29 May 2019 14:16

Çinin “Xiaomi” şirkəti “Redmi K20 Pro” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, “Redmi K20 Pro” aparıcı “Galaxy S10”, “OnePlus 7 Pro” və “LG G8 ThinQ” modellərində də istifadə olunan güclü “Qualcomm Snapdragon 855” prosessoru ilə təchiz edilib. Smartfonun əsas versiyası 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Bundan başqa, yeni modelin 128 giqabayt quraşdırılmış yaddaşlı versiyaları və nisbətən daha güclü – 8 giqabaytlıq operativ və faylların saxlanılması üçün 256 giqabaytlıq versiyaları mövcuddur. Akkumulyator tutumu 4 min milliamper/saat təşkil edir. Smartfon 80 dəqiqəyə enerji doldurmağa imkan verən sürətli funksiya ilə təchiz olunub.

 

“K20 Pro” smartfonu 6,4 düym diaqonallı “AMOLED” ekrana malikdir. Həmçinin qurğu 20 meqapikselli ön və 48 meqapiksel obyektivli əsas kamera ilə təchiz edilib. Bundan əlavə, əsas kameranın bloku iki obyektivə malikdir: onların biri ikiqat optik böyütmə və 8 meqapiksel təsvir ölçüsünə, ikincisi isə 127 dərəcə çəkiliş imkanı ilə enlibucaqlı obyektivə və 13 meqapiksel təsvir ölçüsünə malikdir.

 

İyunun 1-dən etibarən satışa çıxarılacaq “K20 Pro” smartfonunun təsir bağışlayan xüsusiyyətlərinə baxmayaraq onun ən ucuz versiyasının qiyməti 361 dollar, ən bahalısının isə 434 dollar təşkil edəcək. Modelin xarici bazarlara çıxarılacağı barədə məlumat verilmir.

 

Nizam Nuriyev




Etiketlər:  Xiaomi Redmi smartfonu təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ