Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

Tarix: 30 Mart 2020 18:06

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanla "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilib:

1. 26-cı hissədə "388-1" rəqəmi "388-1.1.2, 388-1.2" rəqəmləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 26-2-ci hissə əlavə edilsin:

"26-2. Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

26-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

26-2.2. informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri.".


Etiketlər:  Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi FƏRMAN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ