Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Redmi 9-un real fotosu və bəzi texniki özəllikləri təqdim olunub

Redmi 9-un real fotosu və bəzi texniki özəllikləri təqdim olunub

Tarix: 31 Mart 2020 07:32

Bir neçə müddət bundan öncə Redmi brendi Redmi Note 9 və Redmi Note 9 Pro smartfon modellərini təqdim etmişdi. İndi isə o, Redmi 9 smartfonu üzərində çalışır. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore sözügedən smartfonun arxa panelinin fotosunu və texniki özəlliklərini təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən Redmi 9-un gövdəsi plastik materialdan hazırlanacaq. Onun arxa panelində isə barmaq izi skanı texnologiyası və dörd kamera modulu yerləşəcək.

    Kameraların yerləşmə tərzlərinə görə Redmi 9-un arxa paneli Redmi K30 smartfonunu xartırladacaq. Kamera göstəricilərinə gəldikdə isə Redmi 9 smartfonu 13 MP + 8 MP (genişbucaqlı kamera sensoru) + 5 MP (makroobyektiv) + 2 MP (ToF modul) dördlü arxa kamera ilə təchiz olunacaq. Smartfon həmçinin MediaTek Helio G80 prosessoru və Mali-G52 qrafik sürətləndirici ilə təchiz olunmalıdır. Smartfon barəsində digər bir məlumat hələki yoxdur. Redmi 9 smartfonu yaxın bir neçə ay ərzində təqdim olunmalıdır. Onun güman edilən satış qiyməti isə 140$-dır.


Etiketlər:  Redmi real fotosu bəzi texniki özəllikləri təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ