Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 07:52
Bakı. Trend:
Panamada komendant saatını pozan 4 mindən artıq insan saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ictimai təhlükəsizlik nazirinin müavini İvor Pitti bildirib.
İ.Pitti deyib: "Martın 19-u 507 nömrəli sərəncamın qüvvəyə mindiyi vaxtdan , ölkənin bütün ərazisi üzrə 4175 nəfər saxlanılıb".
Bildirilir ki, komendant saatını pozan şəxsləri böyük cərimələr gözləyir.