Tarix: 31 Mart 2020 09:45
“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri böyük ekran, genişbucaqlı optikaya malik üçqat kamera və 5000 milliamper/saat tutumlu akkumulyatordur.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon 6,4 düymlük ekranla təchiz edilib. Displeyin yuxarı sol küncündə 8 mp-lik, f/2.0 diafraqmalı və sabit fokusa malik selfi modul quraşdırılıb. Korpusun arxa tərəfində 13 (f/1.8), 5 (f/2.2, 115°) və 2 mp-lik (dərinlik sensoru) sensorlara malik üçqat kamera yerləşdirilib. Modelin özəlliyi “Live Focus” çəkiliş rejim dəstəyinə malik olmasıdır.
“Galaxy M11” smartfonu 1,8 QHs takt tezlikli 8 nüvəli prosessor, 3/4 QB əməli yaddaş və 32/64 QB-lıq daşıyıcı (“microSD” yaddaş kartının köməyilə 512 QB-dək artırmaq mümkündür) təchiz edilib. Prosessorun modeli haqqında məlumat yoxdur. Smartfonun akkumulyatorunun tutumu 5000 milliamper/saat təşkil edir, “USB Type-C” portu və 3,5 mm-lik audio konnektor nəzərdə tutulub.
Emil Hüseynov