Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 12:24
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus epidemiyasının stabilləşməsinin əlamətlərini qeydə alıb.
Trend-in məlumatına görə, bunu ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Mayk Rayan deyib.
Onun sözlərinə görə, İtaliya və İspaniya koronavirusa yoluxmanın pik həddinə yaxınlaşır və bir sıra digər ölkələr tərəfindən tətbiq olunan sərt məhdudiyyətlər müsbət nəticələrini verməlidir.
M.Rayan əlavə edib ki, yeni qeydə alınan yoluxma halları iki həftə əvvəl baş verən yoluxmaların nəticəsidir:
“Bir çox ölkələrdə tətbiq olunan məhdudiyyətlər nəticəsində yoluxmalar yalnız məişət zəminində, ailə üzvləri arasında qeydə alınır”.