Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı

Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı

Tarix: 1 Aprel 2020 06:24

Bakı. Trend:

Meksikada koronavirusa yoluxma hallarının sayı 1215-ə çatdı, son gün ərzində bir nəfər vəfat etdi.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyinin nümayəndəsi Xose Luis Alomia xəbər verib.

"Bu günə qədər 1215 təsdiqlənmiş yoluxma halı var, bir xəstə vəfat edib. Ümumilikdə 29 ölüm qeydə alinib", - L.Alomia bildirib.

Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel ölkə vətəndaşlarının hakimiyyətin sanitar tövsiyələrinə, xüsusilə də könüllü özünütəcridlərə riayət etmələrini yaxşı xəbər adlandırıb. Ötən gün Meksikanın səhiyyə şurası aprelin 30-dək sanitariya sahəsində fövqəladə vəziyyət rejimini elan edərək koronavirus pandemiyasının qarşısının alınması üçün karantin tədbirlərini sərtləşdirib.


Etiketlər:  Meksikada koronavirusa yoluxanların sayı 1215 ə çatdı


RƏYLƏR