Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İƏT işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır

İƏT işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma

Tarix: 1 Aprel 2020 12:06

Bakı. Trend:

2020-ci il martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “seçkilər”in keçirilməsi BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrinə ziddir.

Trend-in məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, İƏT Baş Katibliyi həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə nizamlanmasını dəstəkləyən İƏT və ATƏT qətnamə və qərarlarına istinad edir.


Etiketlər:  İƏT işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma seçkiləri tanımır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ