Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 12:27
2020-ci il martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma "seçkilər"in keçirilməsi BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrinə ziddir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, İƏT Baş Katibliyi həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə nizamlanmasını dəstəkləyən İƏT və ATƏT qətnamə və qərarlarına istinad edir.