Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xiaomi Mi Note 10 Lite smartfon modelinin mövcudluğu təsdiqləndi

Xiaomi Mi Note 10 Lite smartfon modelinin mövcudluğu təsdiqləndi

Tarix: 2 Aprel 2020 08:48

Xiaomi şirkəti Mi Note 10 Lite smartfonu üzərində çalışır. İndi isə məşhur hindistanlı insayder Sudhanshu Ambhore bu məlumatı təsdiqləyib. Onun sözlərinə əsasən bir neçə müddət bundan öncə ortaya çıxmış M2002F4LG model nömrəli gizli smartfon məhz elə Mi Note 10 Lite-dır. İnsayderin məlumatına əsasən smartfon iki versiyada satışa çıxacaq və hər iki versiya da 8 nüvəli Snapdragon 730 prosessoru ilə təchiz olunacaq.

Bundan əlavə olaraq Mi Note 10 Lite smartfonu 6.47 düym ekran, 30 vatt gücündə sürətli şarj texnologiyalı 5260 mAh enerji tutumlu batareya, 64 MP + 8 MP + 8 MP + 5 MP + 2 MP beşlu arxa kamera, və 16 MP-lik ön kamera ilə təchiz olunmalıdır. Mi Note 10 Lite Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonunun təqdimatının nə zaman baş tutacağı bilinmir.

Milli.Az


Etiketlər:  Xiaomi Mi Note 10 Lite smartfon modelinin mövcudluğu təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ