Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 19:16
İnternetdə Xiaomi şirkətinin bu ilin üçüncü rübündə təqdim edəcəyi smartfon modellərinin siyahısı ortaya çıxıb. Şirkətin əməkdaşlarından birinə göndərilmiş gizli məlumatda təqdim olunacaq 17 yeni smartfon modelinin adı mövcuddur. Onların arasında Redmi və Poco brendlərinin də cihazları var. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə siyahıdakı smartfon modelləri aşağıdakı kimidir:
Xiaomi:
- Xiaomi Mi 10T (Redmi K30-un qlobal versiyası), Mi 10T Pro (Redmi K30 Zoom Edition)
- Xiaomi Mi 10S - Poco F2-nin güman olunan rebrendinqi. Bundan əlavə olaraq 5G şəbəkə dəstəyini əldə edəcək Redmi X10 modeli də təqdim oluna bilər
- Xiaomi Mi 7 (2020) - Şirkət Mi 8 seriyasını təqdim etmək üçün Mi 7-dən yan keçmişdi. Gözləntilərə əsasən Mi 7 modeli şirkətin ən kompakt smartfonlarından biri olacaq
- Xiaomi Mi Mix 4 və Mi Mix 4S - Şirkətin yeni flaqman smartfon modelləri
- Xiaomi CC10 - Mi 10 Lite modelinin Çin bazarı üçün nəzərdə tutulmuş versiyası
- Xiaomi Mi Zero - Çox güman ki, söhbət, şirkətin yeni konseptual smartfon modelindən gedir. Lakin insayderlər onun özəllikləri barəsində məlumat verməyiblər.
Redmi brendi:
- Redmi 9 və Redmi 9A - Redmi 8 və Redmi 8A-nın gözlənilən davamçıları
- Redmi Note 9S+ - Redmi Note 9 Pro Max-ın rebrendinqi
- Redmi X10 4G və X10 5G - Xiaomi Mi 10S və Mi 10S 5G-nin rebrendinqi.
Poco brendi:
- Poco X2 Pro - Redmi K30 Pro-nun Hindistan bazarı üçün olan versiyası
- Poco F2 - Adi Redmi X10, Xiaomi Mi 10S və onların 5G modellərinin Hindistan bazarı üçün olan versiyası.
Qeyd etmək lazımdır ki, məlumatı təqdim etmiş mənbənin anonim olması ilk növbədə bu məlumatın doğruluğunu şübhə altına atır. Heç istisna deyil ki, ortaya çıxmış bu məlumat sızıntısı nəticədə təsdiqlənəcək və ya təkzib ediləcək. Xiaomi şirkəti bu məlumat sızıntısına heç bir fikir bildirməyib.