Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 10:48
Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Kiyev Beynəlxalq Dillər Universitetinin Türkologiya kafedrasının müdiri dosent Tatyana Mixaylovna Timkova ilə görüş keçirilib.
Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev türkologiyanın ümumi problemlərindən danışıb, 1926-cı ildə keçirilmiş Türkoloji Qurultaydan söz açıb.
Sonra Azərbaycanşünaslıq Elmi Tədqiqat laboratoriyasının müdiri tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov türkologiya elmi haqqında ümumi məlumat verib və onun inkişaf tarixindən söhbət açıb.
Dosent Tatyana Mixaylovna Timkova Ukraynada türkologiya elminin tədrisi məsələsinə toxunub. O, kafedranın müəllimləri ilə Ukrayna Kiyev Beynəlxalq Dillər Universitetində açılacaq Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tədrisi ilə bağlı fikir mübadiləsi aparıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin